Peskovdan KRİTİK AÇIQLAMA: “Bu, qeyri-mümkündür”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “taxıl sazişi” ilə bağlı açıqlama verib.
Sfera.az bildirir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb.
Peskov Rusiyanın taxıl ixracı sövdələşməsinə qayıtmasının hələlik qeyri-mümkün olduğunu söyləyib:
“Çünki razılaşma Rusiyanın maraqları ilə həyata keçirilmir. Prezident Vladimir Putin razılaşmanın Rusiya ilə bağlı olan hissəsinə əməl olunarsa, sazişin bərpa oluna biləcəyini açıqlayıb”.
Kremlin sözçüsü bu həftənin sonunda keçiriləcək Rusiya-Afrika sammitində Afrika ölkələri ilə taxıl tədarükü məsələsinin müzakirəsini də vacib hesab edib.
Qeyd edək ki, keçən iyulda BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanmış saziş Ukraynada münaqişə nəticəsində bloklanan taxılın təhlükəsiz ixracına imkan verməklə qlobal ərzaq böhranının qarşısını almağa kömək etmək məqsədi daşıyırdı.
Günay Rəsulqızı