Turalənin işində adları hallanan şəxslər işdən çıxarıldı

Turalənin işində adları hallanan şəxslər işdən çıxarıldı

İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda 32 yaşlı Turalə Aslanovanın intihar etməsi hadisəsi ilə bağlı adları hallanan şəxslər işdən çıxarılıb.

 

Sfera.az-ın məlumatına görə, dələduzluq işində adları hallanan Kəmalə Quliyeva və T.Aslanova ilə yaxın əlaqələrinin olduğu bildirilən Samir Cabbarlı vəzifədən azad ediliblər.

 

Bildirilib ki, bu işin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hər iki şəxs də araşdırmaların nəticəsində işdən çıxarılıblar.

 

Qeyd edək ki, prokurorluq binasından özünü ataraq intihar edən T.Aslanova DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyib. Onun dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra 2022-ci ildə tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

 

Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.

 

T.Aslanovanın vəkili Emin Kiçibəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, T.Aslanova ölümündən əvvəl verdiyi ifadələrində aldığı pulları Kəmalə Quliyevaya verdiyini bildirib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...