Qayıq qəzaya uğradıqdan sonra balıqçılar dənizdə 4 gün bu qutuların hesabına sağ qalıblar - FOTOLAR

Qayığı çevrilən üç balıqçı dörd gün dənizdə plastik qutuların üzərində sürüklənib. İyulun 18-də bu şəxslər Malayziyanın Saravak əyalətinin Miri şəhəri sahilindən üzən 6 nəfərlik qrupun tərkibində olublar.
Sfera.az bildirir ki, balıqçı qayığı batdıqdan sonra itkin düşən 3 nəfər neft buruqunun işçiləri tərəfindən aşkar edilib. Onlar ən yaxın sahildən təxminən 60 km aralıda olub və narıncı rəngli buz qutularında oturublar.
Plana görə, onlar ertəsi gün səhər geri qayıtmalı idilər, lakin qayıqları yüksək dalğaların hücumu altında çevrilib.
Qayıqda olanlardan ikisi, 35 yaşlı Mohd Firdaus Mustakim Rol və 20 yaşlı Mohammad Azrul Abdullah ertəsi gün xilas edilib. Onlar sahildən təxminən 15 km aralıda olublar.
Şənbə günü, iyulun 22-də itkin düşən daha 3 nəfər neft buruqunun işçiləri tərəfindən tapılıb. Onlar ən yaxın sahildən təxminən 60 km aralıda narıncı buz qutuları üzərində üzüblər.
Yayımlanan görüntülərdə yorğun balıqçıların bir neçə gündən sonra açıq dənizdə yeşiklərdə, dalğaların üzərində yırğalanarkən neft buruqunun ekipajı onlara yaxınlaşaraq kəndirlərlə gəmiyə çəkir.
Digər balıqçı, 60 yaşlı Masni Yana hələ də tapılmayıb, səlahiyyətlilər bildiriblər. Onun axtarışları davam edir.
Güclü istidən günəş yanığı ilə xəsarət alanlar helikopterlə Miri xəstəxanasına aparılıb. Xilas edilənlər hamısı həkim nəzarətindədirlər.
Aynil
Sfera.az