400 min dollarlıq avtomobilini 44-cü mərtəbədəki evinə qaldırdı - VİDEO

Fujian əyalətindən olan çinli milyarder yeni “Rolls-Royce Ghost” sedanını 44-cü mərtəbədəki mənzilində saxlamaq qərarına gəlib. Avtomobilin çatdırılması üçün xüsusi metal qəfəs hazırlanıb və krandan istifadə edilib.
Sfera.az bildirir ki, hələlik adı naməlum olan çinli milyarder “Rolls-Royce Ghost”a xüsusi dəmir qəfəs düzəltmək üçün mühəndislik şirkətinə müraciət edib. Avtomobil 44-cü mərtəbəyə bu qəfəsin içində qaldırılıb.
Çatdırılma uğurlu olub. Maşını yuxarı qaldıran zaman işçilər onu polad kəndirlərlə eyvandan çıxarıblar.
Videonun altında istifadəçilər çoxlu narazı şərhlər yazıb. Onların bir çoxu işgüzar səfərlər üçün əsas nəqliyyat vasitəsinə çevrilə bildiyi halda belə dəbdəbəli və rahat avtomobili niyə balkonda saxlamağı başa düşə bilmir.
Çox güman ki, 400 min dollarlıq dəbdəbəli “Rolls-Royce Ghost” daxili bəzək olaraq qalacaq. Sahibinin nə vaxtsa, avtomobilini sürməyə qərar verərsə, nə baş verəcəyini təsəvvür etmək maraqlıdır.
Aynil
Sfera.az