Ben Afflekin keçmiş həyat yoldaşı sevgilisi ilə nişanlanır - FOTO

51 yaşlı amerikalı aktrisa Cennifer Qarner sevgilisi ilə gizli nişanlanıb.
Sfera.az bildirir ki, Cennifer Qarner və Con Miller təxminən beş ildir görüşürlər.
2018-ci ildə aktrisa “Cali Burger” restoran şəbəkəsinin sahibi olan texnoloji investisiya biznesi “CaliGroup”un baş direktoru Con Miller ilə görüşməyə başlayıb. Elə həmin il Garner üç övladının atası olan Ben Afflekdən boşanması sona çatıb.
Mənbə bildirib ki, pandemiyanın xaosu arasında 2020-ci ildə qısa bir ayrılıqdan başqa, Cennifer və Con beş ildən çoxdur ki, birlikdədirlər və “bunu rəsmiləşdirməyin vaxtıdır" deyirlər. Onların artıq güclü əlaqələri olsa da, qanuni olaraq ər və arvad olmaq üçün çalışırlat deyən mənbə Cennifer və Conun aylardır gizli nişanlandıqlarını əlavə edir.
Qeyd edək ki, Ben Afflek ötən ilin yayında Cennifer Lopezlə evlənib. İndi də ailələr bir-biri ilə çox yaxın dostdurlar. Lopez tez-tez Garnerin övladları ilə birlikdə vaxt keçirir. Çox vaxt məşhur adaşlar uşaqların tədbirlərinə də birgə qatılırlar.
Aysel
Sfera.az