Üç ayaq və iki cinsi orqanla doğulan Frank Lentininin inanılmaz motivasiya hekayəsi

Üç ayaq və iki cinsi orqanla doğulan Frank Lentininin inanılmaz motivasiya hekayəsi

Üçayaqlı adam kimi tanınan Frank Lentini 1889-cu ildə İtaliyada anadan olub. Onun əkiz qardaşı ola bilərdi, amma anasının güman ki hamiləlik dövründə nəsə yolunda getməyib və əkizinin bədəni Frankın onurğa beyni ilə birləşib. Nəticədə, "Üç Ayaqlı Adam" kimi tanınan Frank doğulub. Əslində onun üçüncü ayağından çıxan kiçik, qüsurlu ikincil ayaq kimi dördüncü ayağı da var idi. Beləliklə, onun dörd ayağı, on altı barmağı və iki kişi cinsi orqanı var idi. Üstəlik, Frankın həyatını daha da çətinləşdirən şey bütün ayaqlarının müxtəlif uzunluqlarda olması idi.
 

Sfera.az üçayaqlı adam kimi tanınan Frank Lentininin inanılmaz hekayəsini təqdim edir (Bəzi mənbələrdə o, Francesco A. Lentini kimi xatırlanır).

Frank Lentini 1889-cu il mayın 18-də İtaliyada 12 uşaqlı ailədə anadan olub. Ana bətnində meydana gələn fəsadlar səbəbiylə parazit əkizlə birləşən Frank əkiz qardaşının cinsi orqanını və bir ayağını daşıyıb.
İnsanlar onu “Üçayaqlı adam” kimi tanıyırdılar.
 

Fərqli bir görünüşə sahib olan Frank xalq arasında “Üçayaqlı Adam” kimi tanınmağa başladı. Üçüncü ayağında iki ayağı olduğu üçün 16 barmağı olan Frank Lentininin iki cinsi orqanı var idi.
 

Frank doğulanda mamaça onu görəndə qışqırıb. Anası onu görəndə mamaçanın niyə belə reaksiya verdiyini anlayıb. Atası isə onun dünyaya gəlməsini Allahın iradəsi ilə əlaqələndirirdi. Lakin xurafatın hökm sürdüyü kənddə camaat Franki cəza kimi görüb, bunu bəxtsizlik hesab edirdi.
 

Ayaqlarının hər biri müxtəlif ölçülü idi


Təəssüf ki, Frankın bütün ayaqları fərqli ölçülərdə idi. Bu, onun həyatını çox çətinləşdirirdi. Həkimlər Frenkin üçüncü ayağının onurğasına yaxın olduğunu, ona görə də amputasiya olunsa, iflic ola biləcəyini deyirdi. Buna görə də Frankin əməliyyat olunmaq şansı olmayıb. Üstəlik, Frank uşaqlıqda jnsanların baxışlarına nifrət edirdi, çünki insanlar ona maraqlı gözlərlə baxırdılar. Lakin zaman keçdikcə vəziyyəti qəbul etdi və bütün diqqətini həyatına yönəltməyə qərar verdi.


Üçüncü ayağı altı yaşına qədər böyüməyə davam etdi.

Frank balaca uşaq ikən üçüncü ayağını yerə basa bilib, lakin heç vaxt yerimək üçün istifadə etməyib. Altı yaşından sonra ayağı böyüyə bilmədiyindən, yaşlandıqca ayağı qısalıb, ayağına basa bilməyib. Beləliklə, üçüncü ayağını sağ ayağına bağlamağa başladı. Anası Frank üçün xüsusi şalvar tikməyə başladı. Ayaqqabı mağazasından da üç ayaqqabı sifariş edirdi.
 

Ailəsi bir zaman sonra daha Franka baxa bilməyəcəyini anladı və onu xalasının yanına göndərib…


Frankın ailəsi onlara qarşı olan mənfi reaksiyalara daha dözə bilməyib və Franka baxa bilməyəcəklərini düşünərək onu xalasının yanına göndəriblər. Qısa müddət bacısı oğlunun qayğısına qaldıqdan sonra xalası Frankın bəxti gətirmədiyi sözlərinə dözməyib onu əlillər evinə göndərib. Frank uşaq evində eşitməyən, danışa bilməyən əqli qüsurlu uşaqları görəndə elə də pis vəziyyətdə olmadığını düşünməyə başladı. Əslində, Frank, uşaq evində qaldığı illərdən “Mənim motivasiya mənbəyim” kimi danışırdı.


Sirk ifaçısı kimi çıxış etməyə başlayıb
 

Frank heç vaxt təslim olmadı və üçüncü ayağından istifadə etməyi öyrəndi. Velosiped sürməyi, iplə tullanmağı, konki sürməyi və futbol oynamağı bacarırdı. Özünü inkişaf etdirən Frank İtaliyadan ABŞ-a yollandı və sirk artisti oldu. Frankın şouları tezliklə məşhurlaşdı və o, üç ayağından məharətlə istifadə etdi. Şəhərdən-şəhərə qastrol səfərlərinə çıxan Frank “Kral” kimi tanınmağa başlayıb.

 

Kitabında o, öz həyatı haqqında yazıb və problemlərlə necə məşğul olduğunu təsvir edib.

Frank bu şöhrətdən yaxşı bir iş üçün istifadə etmək qərarına gəldi. O, tərcümeyi-halını qələmə aldı və kitabı şoularında satmağa başladı. Kitabda problemlərinin öhdəsindən necə gəldiyindən, insanlara ümid verdiyindən bəhs edib. Frank əlavə üzvlərinin onu narahat etmədiyini də dilə gətirib: “Əlavə ayaqların olması məni narahat etmir. Normal insan kimi yaşaya bilirəm. Asanlıqla yerirəm, qaçıram, tullanıram. Velosiped sürürəm, öz avtomobilimi sürürəm, konki və at sürürəm. Mən hətta üzə bilirəm. Bundan əlavə, mənim üstünlüyüm var. Mən üçüncü ayağımdan sükan kimi istifadə edirəm”.
 

Frank 30 yaşında ABŞ vətəndaşı olub və Tereza Murri ilə evlənib. Cütlüyün evliliklərindən dörd sağlam övladı dünyaya gəlib. 28 illik evlilikdən sonra Frenk Tereza ilə ayrılaraq, Helen Şupe ilə yeni romantikaya başlayıb.

 

Ağciyər çatışmazlığından 77 yaşında həyata gözlərini yuman Frank Lentini son gününə qədər şoularında çıxış etməyi dayandırmayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...