Paytaxtda yanğın - Eldar Əzizov hadisə yerində

Hadisə
23:20 / 24.07.2023
6828
Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub.
Sfera.az verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə yanğınsöndürmə qüvvələri cəlb edilib. Havanın küləkli olmasa yanğının söndürülməsi işini çətinləşdirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qamışlıq sahəsində baş verən yanğın yerinə gəlib.