“Hürriyyət” qəzetinin baş redaktoru həbs edildi

“Hürriyyət” qəzetinin baş redaktoru həbs edildi

Baş Prokurorluq tərəfindən internet informasiya ehtiyatlarında qanunvericiliklə yayılması qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, “Hürriyyət” qəzetinin baş redaktoru Məmmədov Vüqar Tofiq oğlu və Məmmədov Elnur Teymur oğlu tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq
internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

 

Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

Məhkəmə qərarı ilə Vüqar Məmmədov və Elnur Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...