İngiltərənin ən qədim qalası qapılarını qonaqların üzünə açdı - FOTO

900 ildən çox yaşı olan Kentdəki Lids qalası İngiltərənin ən məşhur və görməli yerlərindən biridir. Vaxtilə burada dünya məşhurları, kral ailələrinin üzvləri qalıb. Qonaqlar arasında Vindzor hersoqu və hersoginyası Uinston Çörçill, aktyorlar Çarli Çaplin, Errol Flinn və Devid Niven və bir çox başqaları olub. İndi isə hər kəs burada gecələyə bilər.
Sfera.az bildirir ki, qalanın işçiləri iyul və avqust aylarında müəyyən günlərdə qonaqların “əsl nağıl yaşaya biləcəklərini” bildirərək, ziyarətçiləri üçün həyəcanlı fürsət elan ediblər.
Tarixi yataq otaqlarında gecələmə ilə yanaşı, proqrama Castle View restoranında kral ailəsi sayağı dadlı səhər yeməyi və şam yeməyi daxildir. Ziyarətçilər Lids qalasına baxarkən ən son mövsümi menyudan nümunə ala bilərlər.
Qonaqlar qalanın dövlət yataq otaqlarında, eləcə də zirzəmi yataq otaqlarında qala bilərlər. Onlara gün ərzində qalanın 500 hektar mövsümi bağları və parklarını araşdırmaq və onun keçmişini öyrənmək imkanı verilir.
Otaq qiymətləri zirzəmili yataq otağı üçün £365 və dövlət yataq otağı üçün £460-dan başlayır.
Qalanın ərazisində iki min yarım yew ağacından ibarət canlı labirint, yüzə yaxın nadir və ekzotik quşların yaşadığı quşxana, həmçinin 15-17-ci əsrlərə aid it boyunluqları muzeyi var.
Aysel
Sfera.az