Bu ölkədə 12 nazirlik haker hücumuna məruz qaldı

Dünya
19:20 / 24.07.2023
5113
Norveç hökuməti 12 nazirliyin haker hücumuna məruz qaldığını açıqlayıb.
Sfera.az xəbər verir ki, Norveç höküməti baş nazirlik, xarici işlər, müdafiə, ədliyyə və digər nazirliklərin "IT platforması”na kiberhücumu təsdiqləyib.
Nazirliklərin rabitə şəbəkəsinin meneceri Erik Hope mətbuat konfransında nazirliklərin internet təchizatçılarının platformasında texniki problemin müəyyən edildiyini söyləyib.
Aşkarlanan kiberhücumun sözügedən nazirliklərin platformasındakı "qeyri-adi” trafikə görə müəyyən olunduğu qeyd edilib.
Kiberhücumun arxasında kimin dayandığı mövzusunun birliklər tərəfindən araşdırıldığı bildirilib.