Peskovdan Krımla bağlı AÇIQLAMA

Dünya
16:36 / 24.07.2023
5674
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Krımla bağlı açıqlama verib.
Sfera.az bildirir ki, o, Türkiyədən Rostov-Dona gedərkən içərisində partlayıcı maddələrin tapıldığı quru yük gəmisi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Partlayıcı maddələrin aşkar edilmiş izləri təhlükənin olduğunu göstərir və bu, bizdən daim artan sayıqlıq tələb edir”, - deyə Peskov söyləyib.
O, əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təmaslar istisna edilmir.
“Bundan əlavə, Krım körpüsünün təhlükəsizliyinin təmin edilməsi diqqətli tədbirlər və yoxlama fəaliyyəti tələb edir”, Peskov söyləyib.
Türkan