Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək? – Masada nələr var?

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək? – Masada nələr var?

“İyulun 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı və erməni həmkarları ilə danışıqlar aparacaq. Görüşdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunacaq”.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yolları təhlil ediləcək və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərinin həyata keçirilməsinin intensivləşdirilməsi yolları müzakirə ediləcək.

 

“Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, qalan məsələlərin həlli yollarının axtarılmasına xüsusi diqqət yetiriləcək, Rusiya bu işdə maksimum köməklik göstərməyə hazırdır”, - bəyanatda deyilir.

 

Nazirlər həmçinin Azərbaycan-Ermənistan  münasibətlərinin normallaşmasının digər əsas istiqamətlərini, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, parlamentarilər arasında dialoqun başlanması kimi məsələləri müzakirə edəcəklər.

 

Bayramov və Mirzoyanla ikitərəfli söhbətlər zamanı əsas diqqətin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR