İran XİN: “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik”

İran XİN: “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik”

"İran Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsini dəstəkləyir".

 

Sfera.az xəbər verir ki,  bu barədə bu gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.

 

"İran qonşular arasında fikir ayrılıqlarının sülh yolu ilə həlli prosesini dəstəkləyir", - Kənani deyib.

 

Onun sözlərinə görə, Cənubi Qafqaz məsələsi Tehran üçün əhəmiyyətli mövzudur.

 

Eyni zamanda İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran Qafqazda sabit sülhün bərqərar olması səylərinə töhfə verməyə hazırdır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR