ABŞ-dən SƏS-KÜYLÜ ADDIM: “Ukrayna savaşının taleyi dəyişə bilər”

ABŞ-dən SƏS-KÜYLÜ ADDIM: “Ukrayna savaşının taleyi dəyişə bilər”

Uzun müddətdir, Ukraynaya F-16 raketlərinin verilməsi müzakirə olunur. Analitiklərin fikrincə, sözügedən qırıcıların Kiyevə tədarükü hazırda davam edən müharibənin daha ciddi fazaya keçməsi deməkdir. Hətta bu zaman üçüncü dünya müharibəsinin rəsmi şəkildə elan olunması da istisna deyil. 

 

Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya F-16 raketlərinin tədarük ediləcəyini təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna F-16 qırıcılarını əldə edəcək, lakin onların tədarükü bir neçə ay çəkəcək.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, təyyarələr yaxın aylarda Ukraynaya tədarük edilməyəcək:

 

“Bu, ən yaxşı halda qarşıdakı yarım il ərzində olacaq. Çünki ukraynalı pilotlar əvvəlcə təlim keçməlidirlər. Həmçinin görünən odur ki, Qərb bu qırıcıların Ukraynaya tədarükü üçün tələsmir və Rusiyanın bir az da zəifləməsini gözləyir. F-16-ların tədarükü ilə bağlı konkret vaxtın açıqlanmaması və bu prosesin ləng getməsi onu deməyə əsas verir ki, müharibə hələ uzun müddət davam edəcək”.

 

Ekspert bildirib ki, qırıcıların Ukraynaya təhvil verilməsindən sonra döyüş meydanındakı vəziyyət ciddi mənada dəyişə bilər:

 

“Bundan sonra Ukraynanın əks-hücum əməliyyatının ikinci mərhələsinin başlanması da mümkündür. Hazırda davam edən əks-hücum əməliyyatlarının ən ciddi nəticələrindən biri isə Rusiyanın hərbi-siyasi elitasında yaranan qarşıdurmadır. Çox güman, bu xaos artan templə davam edəcək. Bu isə cəbhədə Kiyevin əlini gücləndirəcək. Ümumiyyətlə, müharibə hələ uzun çəkəcək. Amma hər ötən gün durum Ukraynanın xeyrinə dəyişir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR