Krımla bağlı MÜHÜM QƏRAR - Əhali təxliyə olunur

Krımda əhalinin təxliyəsi başlayıb.
Sfera.az bildirir ki, bu barədə Krımdakı separatçı rejimin başçısı Sergey Aksyonov məlumat verib.
“Cankoy rayonundakı fövqəladə hadisə yerindən 5 kilometr yaxınlıqdakı kəndlərin əhalisinin təxliyəsi barədə qərar qəbul edilib”, - Aksenov teleqram kanalında yazıb.
O, qeyd edib ki, insanlar müvəqqəti obyektlərə yerləşdiriləcək. Aksenovun sözlərinə görə, hücum zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ilhaq etdiyi Krım yarımadasına PUA-larla hücumu nəticəsində Cankoy rayonunda silah-sursat anbarında partlayış olub. Cankoy-Somferopol istiqamətində avtomobil və dəmir yolları bağlanıb. Bildirilib ki, yarımadaya 11 PUA ilə hücum qeydə alınıb. Bundan əvvəl iyulun 22-də də Krıma PUA-larla hücum olub.
Türkan