İranda 4 polis ÖLDÜRÜLDÜ

Dünya
17:11 / 23.07.2023
5141
İranda 4 polis əməkdaşı öldürülüb.
Sfera.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Hadisə Sistan və Bəlucistan əyalətində Taftan-Xaş magistralında baş verib. Naməlum şəxslər yol polis maşınına hücum edib. Nəticədə 3 polis hadisə yerində, 1 polis isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.