Lukaşenka Putinə Belarusa hücumun harada hazırlandığını göstərdi - VİDEO

Lukaşenka Putinə Belarusa hücumun harada hazırlandığını göstərdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparır.

 

Sfera.az xəbər verir ki, görüş Sankt-Peterburqdakı Konstantinovski sarayında keçirilir.

 

Bildirilir ki, Lukaşenko Putinə Polşa qoşunlarının Belarusa hücum planlarını əks etdirən xəritə göstərib.

 

Lukaşenko qeyd edib ki, Polşa briqadalarından biri hazırda Brestdən 40 km, digəri isə Qrodnodan təxminən 100 km aralıda yerləşir.

 

“Artıq çoxlu muzdlular, o cümlədən əsas strateji ehtiyatlar cəlb olunub. Bu, onu deməyə əsas verir ki, hazırlıqsız insanların və muzdluların canına qıymaq kimi düşünülməmiş siyasət heç bir nəticə verməyəcək. Onlar muzdlulardan fəal istifadə edirlər, – deyə Lukaşenko bildirib.

 



OXŞAR XƏBƏRLƏR