İsrail Baş naziri Türkiyəyə səfərini TƏXİRƏ SALDI

Siyasət
12:49 / 23.07.2023
4667
İsrail Baş naziri Binyamin Netanyahu Türkiyə və Cənubi Kiprə səfərini təxirə salmaq məcburiyyətində qalıb.
Sfera.az "Kan" radiosuna istinadən xəbər verir ki, buna səbəb Binyamin Netenyahunun bu gün əməliyyat olunmasıdır.
Qeyd edək ki, bu gün İsrail Baş naziri əməliyyat olunub. Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb.