“Harri Potter” ulduzu 4 aylıq oğlu ilə etiraz aksiyasında iştirak etdi - FOTO

“Harri Potter” ulduzu 4 aylıq oğlu ilə etiraz aksiyasında iştirak etdi - FOTO

“Harri Potter"in ulduzu Daniel Radcliffe sevgilisi Erin Darke və dörd aylıq oğlu ilə birlikdə Nyu-Yorkda piketə çıxıb.
 

Sfera.az bildirir ki, “Harri Potter” filmlərinin ulduzu, 33 yaşlı Daniel Radcliffe Nyu-Yorkda tətil edən aktyor həmkarlarını dəstəkləyib və yeni doğulmuş oğlu ilə birlikdə tətilə qoşulub.
 

Sevgilisi Erin Dark da aktyorun yanında olub.
 

Qeyd edək ki, cütlük nadir hallarda ictimaiyyət qarşısına çıxır.
 

Onlar sonuncu dəfə aprel ayında, körpə doğulandan qısa müddət sonra ictimaiyyət qarşısında görünüblər.
 

Bu ayın əvvəlində Radcliffe “Miracle Workers” serialının 4-cü mövsümünün premyerasını təbliğ edərkən, verdiyi müsahibə zamanı ata olmaq haqqında danışıb.
 

"Əladır. Çılğın və streslidir, amma gözəldir, Erin isə heyrətamizdir. Bu vaxtı onunla keçirmək əsl imtiyazdır. Mən onlarla daha çox vaxt keçirmək üçün məzuniyyətə çıxmışdım və birlikdə gözəl vaxt keçiririk"-deyə aktyor etiraf edib.
 

Daniel etiraf edib ki, gələcəkdə oğlu ilə daha çox vaxt keçirmək üçün üzərinə götürdüyü layihələrdə daha seçici olacaq.
 

Qeyd edək ki, aktyor və Erin 2012-ci ildə Kill Your Darlingsdə birlikdə işləyərkən tanış olublar və on ildən artıqdır ki, görüşürlər.


Daniel müsahibəsində deyib ki, onların tanışlıq hekayəsi bir gün övladlarına danışacaqları əsl “cəhənnəm hekayəsidir”.
 

Onu da qeyd edək ki, Radcliffe və Dark, Kino Film və Televiziya Prodüserləri Alyansı ilə davam edən əmək mübahisəsinə görə Amerika Aktyorlar İttifaqının SAG-AFTRA tətilinə diqqət çəkmək üçün küçələrə çıxan bir çox məşhurlar arasındadır.
 

Aktyorlar etiraz edən ssenaristlərə qoşulublar. Ümumi tətil filmlərin və televiziya şoularının istehsalını ləngidib. Artıq “Dune” filminin gözləniləndən xeyli gec ekranlara çıxacağı məlum olub.


Etiraz aksiyasına “Sex and City” ulduzu Cynthia Nixon və Lupita Nyong'o da qoşulub.
 

Aktrisa Annet Beninq, Blindspot ulduzu Ceymi Aleksandr və Timoti Olifant da Los-Ancelesdə tətilə başlayıblar.
 

Əvvəllər milyonçu ulduzlar da tətildə görünüb. Lakin jurnalistlər qeyd ediblər ki, tətil və gecikmiş film istehsalı ilk növbədə işindən birbaşa asılı olan orta səviyyəli aktyorları vurdu ki, onlar da tanınmış aktyorlardan qat-qat az maaş alır.
 

Tətildən sonra verdiyi açıqlamada Kino Film və Televiziya Prodüserləri Assosiasiyası danışıqların pozulmasından məyus olduğunu bildirib.
 

"Ekran Aktyorları Gildiyası tarixi maaş artımı, dinləmələrin qorunması, qısaldılmış serial seçim müddətləri, aktyorların rəqəmsal oxşarlıqlarını qoruyan zəmin yaradan süni intellekt təklifi və s. təklifimizi rədd etdi"- bəyanatda deyilir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR