Mehriban Əliyeva dünyanın ən gözəl və cazibədar Birinci Xanımları arasında

Dünyanın ən çox oxunan magazin nəşrlərindən olan “Her Beauty” dünyanın ən gözəl və cazibədar Birinci Xanımlarının siyahısını hazırlayıb.
Həmişə mükəmməl görünən, hər bir görünüşü yüzlərlə qadının zövqünü oxşayan Birinci Xanımlar siyahısında Mehriban xanım Əliyeva da ilk sıralarda təqdim edilib.
Sfera.az dünyanın ən gözəl Birinci Xanımları siyahısını təqdim edir:
Rania Əl Abdullah
İordaniya kralı II Abdullanın həyat yoldaşının gözəlliyi haqqında əfsanələr var. O, tanınmış stil ikonası və “Giorgio Armani”nin ilhamvericisidir. Lakin Ranianın maraqları təkcə moda sənayesi ilə məhdudlaşmır. Kraliça İordaniya Qadın və Uşaqların Hüquqlarını Müdafiə Fondunun rəhbəridir.
Rania Əl Abdullah | Dünyanın ən gözəl birinci xanımları
Anjelika Rivera
Anjelika Rivera Meksikanın bir müddət əvvəl istefa vermiş prezidenti Enrike Penanın həyat yoldaşıdır. Anjelika ölkənin birinci xanımı olmamışdan əvvəl televiziya şoularında rol alıb və serialların əsl ulduzu olub. O, ən parlaq rolunu məşhur “Just Maria” serialında oynayıb.
Mehriban Əliyeva
Azərbaycan Prezidentinin xanımı təkcə gözəl və cazibədar görkəmi, savadı ilə deyil, həm də kübar davranışı ilə seçilir. Mehriban Əliyeva 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini qızıl medalla bitirib. Azərbaycanın birinci xanımı həm də fəal ictimai xadimdir. O, uzun illər BMT və YUNESKO-nun xoşməramlı səfiri olub. Mehriban xanım daim zövqlü geyimi, eleqant seçimi ilə Birinci Xanımlar arasında fərqlənir. Geyim və aksessuar seçimləri təbəqə və mövqeyindən asılı olmayaraq bütün xanımlar tərəfindən bəyənilir.
Melaniya Tramp
Keçmişdə model, ABŞ-ın birinci xanımı dünyanın ən qəşəng qadınlarından biridir. Modellik biznesinə başlamazdan əvvəl Melaniya Tramp dizayner olmaq arzusunda olub. O, hətta Lyublyana Universitetində bu ixtisas üzrə bir il təhsil alıb. Trampla evləndikdən sonra Melaniya özünü zərgərlikdə sınamağa başlayıb, saatlar və zinət əşyaları hazırlayıb.
Elena Zelenskaya
Ukrayna prezidentinin həyat yoldaşı ixtisasca memardır. Elena Vladimir Zelenskini məktəbdən tanıyır. Paralel siniflərdə oxuyublar. Hələ prezident seçkilərindən əvvəl Elena həyat yoldaşını bütün səylərdə dəstəkləyib. Yeri gəlmişkən, o, hələ də "95-ci rüb" üçün ssenarilər yazmağa davam edir.
Letisiya Ortiz
Teleaparıcı Letisiya Ortiz İspaniya tarixində aristokrat ailəsinə mənsub olmayan ilk kraliça olub. VI Filiplə görüşməzdən əvvəl Letisiya məktəb ədəbiyyat müəllimi ilə 10 il evli olub. Xoşbəxtlikdən onlar rəsmi evli deyildilər və katolik kilsəsi onun şahzadə ilə evlənməsinə qarşı olmayıb.
Jetsun Pema
Jetsun Pema dünyanın ən gənc kraliçasıdır. Butan kralının həyat yoldaşı Ciqme Khesarın cəmi 29 yaşı var. Onlar ilk dəfə tanış olanda Jetsunun yeddi, Ciqmenin isə 17 yaşı olub. Ya Butan kralının intuisiyası yaxşı olub, ya da ilk baxışdan sevgi idi, amma o vaxt da bu qızın gələcəkdə onun həyat yoldaşı olacağını bildirib.
Juliana Avada
Juliana Avada, Prezident Maurisio Makrinin həyat yoldaşı, Argentinada tanınmış sahibkar olub. O, valideynlərindən miras aldığı toxuculuq fabrikinin sahibidir. Juliananı ölkənin ən dəbli qadınlarından biri adlandırırlar. 2015-ci ildə Vogue jurnalı onu "ən yaxşı geyinənlər" fəxri siyahısına daxil edib.
Silvia Bonqo Ondimba
Qabonun birinci xanımı Parisdə anadan olub. Parisliyə yaraşdığı kimi, əsl modaçıdır. Dizayner işlərinə çox pul xərclədiyi deyilir. Onun sevimli brendləri “Valentino” və “Chanel”dir. Silviya xeyirxah əməllədən də geri qalmır. O, kasıblara kömək etməyə həsr olunmuş Ailə üçün fonunda rəhbərlik edir.
Xanım
Sfera.az