Rusiya səfiri Putinin sözlərinə görə XİN-ə çağırıldı

Rusiya səfiri Putinin sözlərinə görə XİN-ə çağırıldı

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Sfera.az “TASS”a istinadən bildirir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski məlumat verib.

 

“Şənbə günü saat 10:00-da (Moskva vaxtı ilə 11:00) Rusiya səfiri təcili olaraq Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir Rusiya prezidentinin bəyanatları, həmçinin Rusiya Federasiyasının Polşa və onun müttəfiqlərinə qarşı digər qeyri-dost hərəkətləri ilə əlaqədar dəvət olunub. Görüş çox qısa olub”, - Yablonski söyləyib.

 

Sergey Andreev də bu barədə “TASS” açıqlama verib. O bildirib ki, Rusiya tərəfi Polşa Xarici İşlər Nazirliyinə cavab verib. "Görüş gözlənildiyi kimi keçdi. Polşa Xarici İşlər nazirinin müavini Pavel Yablonski Polşa tərəfdən şikayətlər verib. Təbii ki, lazımi cavablar verildi. Həm 20-ci əsrin tarixini, həm də hazırda Donbass, Novorossiya və Ukraynadakı münaqişə ilə bağlı Polşa hakimiyyətinin davranışını necə gördüyümüzlə bağlı izahatlar alındı”.

 

Xatırladaq ki, Putin Təhlükəsizlik Şurası ilə iclasda Polşa ilə bağlı fikirlər səsləndirib. O, məhz Sovet İttifaqı və Stalinin mövqeyi sayəsində Polşanın Qərbin və Almaniya torpaqlarının yetərincə hissəsini aldığını deyib. Rusiyalı lider həmçinin bildirib ki, indi Polşa təkcə Ukraynanın deyil, həm də Belarus torpaqlarını almaq istəyir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR