“Putini istefaya çağıran bloqqerin həbsi orduda qəzəbə səbəb olacaq”  - Britaniya kəşfiyyatı

“Putini istefaya çağıran bloqqerin həbsi orduda qəzəbə səbəb olacaq”  - Britaniya kəşfiyyatı

“Qondarma Donetsk Xalq Respublikasının ("DNR”) "müdafiə naziri” və hərbi cinayətkar İqor Girkinin həbsi ordudakı ünsürləri və onun bloqçu yoldaşlarını hiddətləndirəcək”.

 

Sfera.az bildirir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb. Qeyd olunub ki, sözügedən şəxslər Girkini ağıllı hərbi analitik və vətənpərvər kimi görürdülər. Kəşfiyyat məlumatlarına əsasən, İqor uzun müddət Rusiya Müdafiə Nazirliyinin Ukraynada müharibə aparmasını tənqid etsə də, son günlər Putini və onun hakimiyyətdə olduğu dövrü hədəfə alıb.

 

“İqor Girkin “Vaqner”in müttəfiqi olmasa da, o, çox güman ki, Priqojinin uğursuz qiyamı kontekstində ictimai tənqidin sərhədlərini aşmağa hazır idi”, - deyə kəşfiyyat məlumatında bildirilib. Girkinin eyni zamanda, 2014-cü ildən Rusiyanın Donbasdakı müharibəsində böyük rol oynadığı və keçən il aylarca cəbhə xəttində olduğu vurğulanıb.

 

Qeyd edək ki, İqor Girkin (Strelkov) Vladimir Putinə qarşı sərt ittihamlardan sonra iyulun 21-i cümə günü saxlanılıb və onun evində axtarış aparılıb.

 

Xatırladaq ki, Niderlandda 2014-cü ildə sərnişin "Boeing” təyyarəsinin məhv edilməsinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilən Girkin bir neçə gün əvvəl Putinin ünvanına kəskin tənqidi fikirlər səsləndirib və onun istefasını tələb edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR