Göyçayda Milli Mətbuat Günü ilə əlaqədar dəyirmi masa keçirildi - FOTO

Göyçayda Milli Mətbuat Günü ilə əlaqədar dəyirmi masa keçirildi - FOTO

21 iyul 2023-cü il tarixdə xalq şairi Rəsul Rzanın ev muzeyində Milli Mətbuat Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirildi.

 

Sfera.az xəbər verir ki, dəyirmi masada “Göyçay” qəzetinin redaktoru, Əməkdar Müəllim Adil Məmmədov, “Ədalət” qəzetinin redaktor müavini, “Qızıl qələm” mükafatı laureatı Məzahir Əhmədov, “Göyçay” qəzeti ilə sıx əməkdaşlıq edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Kəngərli, Tərəqqi medallı müəllim Kəbirə Həbibova və rayonun ictimai fəalları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan “Göyçay” qəzetinin redaktoru, Əməkdar Müəllim Adil Məmmədov Milli Mətbuatın yaranma tarixindən danışaraq qeyd edib ki, Azərbaycan milli mətbuatı yarandığı ilk gündən qabaqcıl ideyaların-maarifçiliyin, milli azadlığın, demokratik fikrin çarçısı olub. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla cəmiyyətin inkişafında, mənəvi, siyasi, əxlaqi təkamülündə müstəsna rol oynayıb.

 

Dəyirmi masada çıxış edən “Ədalət” qəzetinin redaktor müavini, “Qızıl qələm” mükafatı laureatı Məzahir Əhmədov və digərləri bildiriblər ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanda mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü tədbirlərdən də geniş bəhs edilib.


OXŞAR XƏBƏRLƏR

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...

Zaxarova: "XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir"

Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xari...