Cəyirli kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirildi - FOTOLAR

Cəyirli kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirildi - FOTOLAR

21 iyul 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Cəyirli kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.

 

Sfera.az xəbər verir ki, qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.

 

Sonra Rayon İcra Hakimiyyəti başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Abbasov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

 

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

 

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...