İlham Əliyev Şuşada Forumda çıxış edir - CANLI

İlham Əliyev Şuşada Forumda çıxış edir - CANLI

İyulun 22-23-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Şuşada Forumun iştirakçıları ilə görüşüb.

 

Tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edib. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olunub.

 

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi baş tutub. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə olunub.

 

Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürülüb.

 

Qeyd edək ki, bu günə kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.

 

jurnalistləri bir araya toplayır.


OXŞAR XƏBƏRLƏR

Bakıda villada güclü yanğın - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda villada güclü yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildir...

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyas...

Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.   Sfera.az xəbər verir ki, bu barədə Mirəli Süleymanov ...

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...