Bakıda metroya \"bomba qoyan\" şəxsə hökm oxundu

Bakıda metroya \

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə terrorçuluq barədə qəsdən yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Hüseynov 5 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. "102" xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olnur.


OXŞAR XƏBƏRLƏR

Alimlər Yer kürəsindəki dillərin 40%-dən çoxunun "yoxa çıxa" biləcəyini aşkar ediblər

Avstraliya Milli Universitetinin (ANU) alimləri dünyanın böyük dilin yox olması təhlükəsi ilə üz-üzə olduğunu aşkar ediblər. Sfera.az bildirir ki, araşdırm...

Meşənin ortasında inanılmaz tapıntılara rast gəldi - FOTOLAR

ABŞ-ın Ohayo ştatında Uill adlı gənc meşədə gəzərkən dəhşətli bir şeylə rastlaşıb. Sfera.az bildirir ki, Uillin hekayəsi böyük səs-küyə səbəb olub. Oğlan öz ...

Tanınmış vəkil vəfat etdi -FOTO

Vəkillər Kollegiyasının üzvü Rüstəm Zülfüqarov vəfat edib.   Sfera.az-ın məlumatına görə, tanınmış vəkil  uzun sürən xəstəlik səbəbindən ötən gü...

Şok edici kəşf: Alimlər Kleopatranın bacısının qalıqları haqqında həqiqəti ortaya qoyub

Tədqiqatçılar qrupu Türkiyənin Efes şəhərinin qədim xarabalıqları arasında təxminən bir əsr əvvəl tapılan sirli kəlləni araşdırmaq üçün geri qayıdıb. Sfera.a...

Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...

Son vaxtlar Çində başlayaraq bütün dünyaya yayılan HMPV virusu narahatlıq doğurmağa davam edir. Elm adamları virusun qeyri-adi simptomlarından birini müəyyən ed...

Qadın saxta Bred Pitt üçün ərini tərk edib və 830 min avro itirib - FOTO

Fransız qadın Anna özünü Bred Pitt kimi təqdim edən fırıldaqçının qurbanı olub. Sfera.az xəbər verir ki, bu barədə HLN məlumat yayıb. 53 yaşlı Anna 2023-c...