Cari ildə Göyçay rayonunda aqrar sahədə görülmüş işlər - HESABAT

Cari ildə Göyçay rayonunda aqrar sahədə görülmüş işlər - HESABAT

Göyçay rayonun iqtisadiyyatının əsasını taxılçılıq, meyvəçilik, tərəvəzçilik, heyvandarlıq təşkil edir. Rayonda 2022-ci ilin əkini, 2023-ci ilin məhsulu üçün 13100 hektar sahədə payızlıq taxıl sahəsindən 9100 hektarı suvarılan torpaq sahələrində, 4000 hektarı isə dəmyə torpaq sahələrində əkilib, o cümlədən 6539 hektar sahədə buğda əkinindən 18310 ton məhsul istehsal olunub. Hər hektara düşən ota məhsuldarlıq 28 sentner təşkil edib, 6561 hektar sahədə isə arpa əkinindən 17042 ton məhsul istehsal olunub. Hər hektara düşən ota məhsuldarlıq 26 sentner təşkil edib.Rayon üzrə ümumilikdə 13100 ha payızlıq taxıl əkinlərindən 35352 ton məhsul istehsal olunub. Hər hektara düşən ota məhsuldarlıq 27 sentner təşkil edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin hesabatında qeyd olunub.


Məlumata görə, rayon ərazisində hal-hazırda 6782 hektar sahadə meyvə bağları mövcuddur. Bunlardan 148 hektarı yeni salınmış meyvə bağlarıdır. Həmin meyvə bağlarının 585 hektarını intensiv meyvə bağları təşkil edir. Rayon ərazisində 6077 hektar sahəni yem bitkisi olan yonca əkinləri təşkil edir.Rayon ərazisində 2023-cü ildə yazlıq əkinlər olaraq ümumilikdə 930 hektar sahədə tərəvəz, kartof və bostan əkinləri əkilib, 254 hektar istixana şəraitində yetişdirilən faraş tərəvəzlər (pomidor və xiyar) əkinləri əkilib. 211 hektar pomidor, 43 hektar xiyar əkini aparılıb.


Rayonda 2023-cü ildə yazlıq əkinlər olaraq 191 hektar sahədə çəltik əkini və 59 hektar sahədə təkrar çəltik əkini aparılıb. Bundan əlavə 20 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb.Rayon üzrə 5648 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi olaraq 2023-cü ilin birinci yarımilində 2 milyon 782 min manat pul vəsaiti əkin subsidiyası olaraq istehsalçıların fermer kart hesabına köçürülüb.


İribuynuzlu qaramalın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə fəaliyyət göstərən süni mayalandırma mütəxəsisləri tərəfindən 2023-cü ilin birinci yarımilində 3827 baş inək və düyə süni yolla mayalandırılıb və nəticədə 2112 baş mələz buzov doğulub. Həmin 2112 baş buzova 211200 manat məbləğində subsidiya təyin edilib.


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...