Natəvan Babayevanı səhv müalicə etdiyi iddia olunan HƏKİM DANIŞDI

Natəvan Babayevanı səhv müalicə etdiyi iddia olunan HƏKİM DANIŞDI

Ötən gün onkoloji xəstəlikdən 46 yaşında dünyasını dəyişən telejurnalist Natəvan Babayevaya səhv diaqnoz qoyduğu deyilən tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Tamara Quliyeva iddialara cavab verib.

 

Sfera.az xəbər verir ki, Tamara Quliyeva Teleqraf.com-un əməkdaşının “Jurnalist Qənirə Ataşova iddia edir ki, siz Natəvan Babayevanı əməliyyat etmisiniz və ondan sonra bədənində yaranan səpkiləri allergiya adı ilə 7 ay müalicə etmisiniz. Bu iddialar haqqında nə deyə bilərsiniz” suallına “Ümumiyyətlə, Qənirə Ataşovanın vəziyyətdən xəbəri yoxdur. Mən heç xəstəni əməliyyat etməmişəm. Xəstə hər iki orqanın onkoloji xəstəsi idi”, - deyə cavab verib.

 

Qeyd edək ki, Qənirə Ataşova ötən gün Natəvan Babayeva haqqında sosial şəbəkədə paylaşım edərək bu sözləri yazıb: "Onu Bakıda Toma (Tamara Quliyeva) adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi”.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....