Rusiya rəsmisindən Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası ilə bağlı AÇIQLAMA

Rusiya rəsmisindən Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası ilə bağlı AÇIQLAMA

"Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmalar əsasında sülh müqaviləsinin mətni üzrə erkən qarşılıqlı razılaşmanın əhəmiyyəti artır".


Sfera.az xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

 

O, Azərbaycan-Ermənistan sərhədinin demarkasiya məsələsindən də söz açıb:


"Biz belə bir faktı qəbul edirik ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatları bu sazişin ayrılmaz hissəsinə çevrilməlidir, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyannamələrin bütün müddəalarının yerinə yetirilməsi, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesinə başlanılması və nəqliyyat kommunikasiyalarının blokunun açılmasının davamlı şəkildə həyata keçirilməsi lazımdır”, - Lukaşeviç bildirib.

 

O, rəsmi Rusiya tərəfinin Dağlıq Qarabağın normal həyat fəaliyyətinin bərpasına və Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesinin irəliləməsinə fəal töhfə verməyə hazır olduğunu qeyd edib.

 

“Biz yüksək səviyyəli sazişlərin həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq. Bunun ardınca yuxarıda qeyd olunan sənədin imzalanması üçün Moskvada keçiriləcək üçtərəfli zirvə görüşü olacaq”, - diplomat fikrini yekunlaşdırıb.

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR