"Z" hərfli kulon - Rihannanın sevgilisi Rusiyaya dəstək verdiyi üçün biabır edildi - FOTOLAR

İnternet istifadəçiləri daha çox A$AP Rocky kimi tanınan amerikalı rep ifaçısı Rakim Myersi Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadə etdiyi simvolu olan kulon şəklinə görə tənqid ediblər. Reper zinət əşyasının şəklini iyulun 20-də İnstaqramda yerləşdirib.
 

Sfera.az bildirir ki, A$AP Rokki Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməkdə ittiham edilib.
 

Reper öz səhifəsində bir sıra fotolar yerləşdirib ki, onlardan biri də “Z” hərfi şəklində kulonlu boyunbağı olub. Bundan əlavə, kulon rus işğalçılarının simvolu üç tankdan ibarət olub.
 

Bir saat sonra ifaçı kulonunun şəklini silib. Buna baxmayaraq, istifadəçilər son paylaşımın altında qınaq şərhləri yazmağa davam ediblər.


Bir çox şərhçilər amerikalı musiqiçiyə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başladığını və hər gün insanları öldürdüyünü xatırladıblar.

 

"Ağır və iyrəncdir. Ayıb olsun sənə və ölkəmin keçdiyi yolda manipulyasiya etməyi gözəl hesab edən PR adamına"- istifadəçilərdən biri şərhlərdə yazıb.



"Vay, uşaqlar, ukraynalıların soyqırımını dəstəkləyirsiniz? Hər gün ukraynalı uşaqları öldürən, qadınları zorlayan və dinc insanlara işgəncə verən rusları dəstəkləməyi sevirsiniz? Ayıb olsun!"- digər bir istifadəçi yazıb.



Sosial şəbəkənin bəzi istifadəçiləri də reperi Ukraynadan üzr istəməyə çağırıblar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...