Məşhur aktrisadan hicablı qadının təhqir edilməsinə sərt münasibət

Maqazin
22:30 / 20.07.2023
15899
Türkiyəli məşhur aktrisa Bergüzar Korel avtobusda hicablı gənci təhqir edən qadına sərt reaksiya verib.
Sfera.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində ictimai nəqliyyatda bir qadın hicablı gənc qızı "hicabın mənə toxunur, səndən iyrənirəm” deyərək təhqir edib. Sərnişinlərin reaksiyasına görə üzr istəyən qadına növbəti reaksiya məşhur aktrisa Bergüzar Koreldən gəlib.
Aktrisa qadının davranışa cavab olaraq, bu cür insanlara nifrət etdiyini bildirib.
O cəmiyyətdə belə ayrıseçilik yaradan halları qınadığını vurğulayıb.