Qazimiz ABŞ-dakı universitetə daxil oldu

“2022-2026 Dövlət Proqramı”na ilkin siyahı üzrə qəbul olunan 134 gənc arasında Vətən müharibəsinin qazisi Cavid Əliyev də yer alıb.
Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Cavid Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.
“Cavid ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması (Supply Chain Management) ixtisasına magistratura səviyyəsinə qəbul olunub.
O, həm də 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində Koreyanın KAİST Universitetində elekrtik mühəndisliyi (Electrical Engineering) və texnologiya menecmenti (Technology Management) ixtisasları üzrə iki magistratura bitirib”, - Elm və Təhsil Nazirliyi rəsmisi qeyd edib.