Bu şəxslərə pul veriləcək

Bu şəxslərə pul veriləcək

May və iyun aylarında Azərbaycanda müşahidə olunan güclü yağış, dolu, sel və daşqınlar nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə yaxın vaxtlarda ödənişlərin verilməsinə başlanılacaq.

 

Bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib.

 

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2023-cü ildə respublika üzrə 420 min hektara yaxın əkin ərazisi sığortalanıb:

 

“İlin əvvəlindən indiyədək əkin sahələrinə dəyən zərərlərlə bağlı fonda müraciətlərin sayı 7 minə çatıb.

 

Təkcə sel-subasma və yağışlar nəticəsində sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub. Bəzi fermerlərimizin əkin sahələri mövsüm ərzində bir neçə dəfə müxtəlif formada zərərə məruz qalıb - sahəyə dolu düşüb, güclü külək-fırtına olub və s.”.

 

Sədr onu da əlavə edib ki, ümumilikdə sığortalanan əkin sahələrinin 125-130 min hektarı müxtəlif dərəcədə zərərə məruz qalıb:

 

“Sığortalanan ərazilərin 125-130 min hektarına müxtəlif dərəcədə - tam və yaxud qismən ziyan dəyib. Həmin ərazilərdə təqribən 135 milyon manatlıq istehsal həcmi var ki, onlar tərəfimizdən sığortalanıb.

 

Hazırda əkin sahələrinə dəyən zərər qiymətləndirilir, sığorta hadisələrinin araşdırılmasına və zərərin hesablanmasına yerli və Türkiyədən gəlmiş ekspertlər də cəlb olunublar, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq.

 

Qiymətləndirmə prosesini bu ayın sonuna qədər tamamlayacağıq. Düşünürük ki, artıq avqust ayının sonunda zərərin ödənilməsinə başlanılacaq. Fermerlərimizə bildirmək istəyirik ki, narahat olmasınlar, bütün sığorta hadisələri üzrə dəymiş ziyan qanuna uyğun olaraq dövlət tərəfindən qarşılanacaq. Bu, əlbəttə ki, yalnız sığortalanmış əkin ərazilərinə şamil olunacaq”.


OXŞAR XƏBƏRLƏR

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...