FHN-də müşavirə keçirildi - FOTO

FHN-də müşavirə keçirildi - FOTO

İyulun 20-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin inzibati binasında müşavirə keçirilib.

 

FHN-dən Sfera.az-a verilən məlumata görə, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə, idarə, qurum və regional mərkəzlərinin rəislərinin iştirakı ilə keçirilən müşavirədə cari məsələlər, o cümlədən regional mərkəzlərin fəaliyyəti müzakirə olunub.

 

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov ölkədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar Nazirliyin üzərinə düşən vəzifələrin icra vəziyyəti və qarşıda duran məsələlər barədə danışıb. Bu çərçivədə, nazir fövqəladə halların qarşısının vaxtında alınması məqsədilə Nazirliyin nəzarət funksiyalarına malik qurumları ilə regional mərkəzlərin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə həlli vacib məsələlərə toxunub.

 

Nazirliyin müvafiq qurum və regional mərkəzlərinin rəisləri aidiyyəti sahələr üzrə görülən işlər barədə məruzə ediblər.

 

Müşavirəyə yekun vuran nazir Kəmaləddin Heydərov fövqəladə hallarla mübarizə üzrə aidiyyəti qurum və regional mərkəzlərin üzərinə düşən mühüm vəzifələri xatırladıb, müvafiq tapşırıqlarını verib.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...