Azərbaycanda bu ərzaq malları BAHALAŞDI - SİYAHI

Azərbaycanda bu ərzaq malları BAHALAŞDI - SİYAHI

2023-cü ilin birinci yarısında qiyməti ən çox artan ərzaq mallarının adı məlum olub. 


Sfera.az xəbər verir ki, ilin ilk yarısında bütün növ ərzaq mallarında bahalaşma qeydə alınıb. Qida mallarında orta qiymət artımı 15,6 faiz təşkil edib. Qiymət artımlarına görə hər 100 manatlıq ərzaq malının alışına çəkilən xərc 115,6 manata yüksəlib. 


Ərzaq mallarının əksəriyyətində qiymət artımı 15,6 faizlik səviyyədən aşağı olub. Lakin tərəvəzlərin qiymətindəki artım çox yüksək olduğundan ümumilikdə ərzaq mallarında illik bahalaşma 16 faizə yaxınlaşıb. 


Əvvəlki ildə olduğu kimi 2023-cü ildə də tərəvəzlərin qiyməti sürətlə artır. Bu ilin birinci yarısında tərəvəzlərin dəyəri 30,5 faiz artıb. 


Tərəvəzlərdə bahalaşma olduqca yüksəkdir. Müqayisə göstərir ki, 2022-ci ilin ilk yarısında 100 manat dəyərində olan tərəvəzi istehlakçı 2023-cü ilin birinci yarısında almaq üçün 130,5 manat ödəməli olub. 


Tərəvəzlərin dəyərinin digər ərzaq malları ilə müqayisədə xeyli artması ümumən ərzaq mallarının dəyərinin 15 faizdən çox artmasını şərtləndirib. 


Bu əsas ərzaq məhsulları ilə yanaşı digərlərində də qiymətlər xeyli artıb. İki məhsul qrupu istisna olmaqla digər bütün ərzaq mallarında bahalaşma sürəti ikirəqəmli olub. O cümlədən ət və ət məhsulları 15,5 faiz, çörək və çörək məhsulları 15 faiz, şirniyyat 13 faiz, süd və süd məhsulları 11,6 faiz, meyvələr 11,5 faiz bahalaşıb. 
Ərzaq mallarından yalnız balıq və balıq məhsullarında, həmçinin kərə və bitki yağlarında qiymət artımı 10 faizdən az olub. Balıq məhsullarında qiymətlər 9 faiz, yağlarda 8,6 faiz artıb. 


Digər kateqoriyaya aid olan ərzaq mallarının isə qiyməti 16,6 faizə yüksəlib. 


Bununla belə qeyd edək ki, son aylarda ərzaq mallarında bahalaşma sürətinin zəifləməsi müşahidə edilir. Birinci rübdə tərəvəzlərdə bahalaşma sürəti 40 faizdən yüksək idi. İlk rübdə çörək və çörək məhsulları 17 faizdən çox, balıq və balıq məhsulları 10,2 faizdən çox, yağlar 12 faizdən çox, meyvələr təxminən 14 faiz, şirniyyat 15 faiz artmışdı. 


Qeyd edək ki, ərzaq mallarının dəyərinin kəskin artmasının əhalinin xərclərinin artmasına güclü təsir imkanı var. Çünki əhalinin pərakəndə xərclərində ərzağın payı 53 faizə yaxındır. Xüsusi çəkinin yüksək olması səbəbindən ərzaqda yüksək bahalaşma əhalinin digər mal və xidmətlərə lazımı qədər pul ayırmasını çətinləşdirir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...