Narkotik təsiri altında taksi idarə edən şəxs saxlanıldı - FOTO

Narkotik təsiri altında taksi idarə edən şəxs saxlanıldı - FOTO

Ağstafada narkotik vasitənin təsiri altında taksi fəaliyyəti göstərən və toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

 

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib. Tədbir zamanı konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə, dayanma-durma və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb.

 

Sürücülərlə profilaktiki söhbətlər aparılaraq onlara Yol Hərəkəti haqqında qanunun tələbləri xatırladılıb və bildirilib ki, qaydalara riayyət edərək sürücülər həm özlərinin həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlərlər. Kobud qayda pozuntularına yol verən 30-a yaxın sürücü barəsində inzibati qaydada tədbir görülüb, bir neçə avtomobilin istismarı dayandırılaraq duracağa təmin edilib. Polis əməkdaşları piyadalar ilə bağlı da müvafiq tədbirlər həyata keçirib. Beləki yolun qadağan olan hissəsindən qarşıya keçən piyadalar müəyyən olunaraq, profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.

 

Monitorinq zamanı hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Eyvaz Namazov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Tibbi müayinə zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunan E.Namazov barəsində tərtib olunan protokol baxılması üçün məhkəməyə göndərilib.

 

Bundan başqa araşdırmala zamanı araşdırmalarla Aqşin İsmayılovun özünə məxsus “VAZ” markalı avtomobil illə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...