Meyxanaçılar efirdə Elza Seyidcahanı ələ saldılar - VİDEO

Meyxanaçılar efirdə Elza Seyidcahanı ələ saldılar - VİDEO

"Elzanın Yazıçılar Birliyinə üzv seçilməyi böyük mübahisəyə səbəb oldu. Camaatın haqlı tərəfləri var. Mənimlə də münasibəti yoxdur. Çünki irad bildirdim ki, elə şeir yazma. Yazsan da, bir yerə qoy qalsın. Qayıtdı ki, fəlsəfəm var".

 

Sfera.az "Axsam.az"a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov Əməkdar artist Elza Seyidcahanla bağlı açıqlamasında deyib. İfaçı "MeyXəbər" proqramında müğənninin Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə münasibət bildirib. O, qeyd edib ki, insanların bunu tənqid etməsinə haqq qazandırır.

 

Vüqar Seyidcahanın şeirlərinin mənasız olduğunu vurğulayıb və onları ələ salıb:

 

"Bəlkə gələcəkdə lazım olacaq. İndi aktyorlar onun şeirlərini iyrənc formada ifadə edirlər. "Qazanı açdım, kəfini yedim". Bu nədir? Vallah, qaytaracaqsan".

 

Qeyd edək ki, meyxanaçı ilə müğənni uzun illərdir küsülüdür. Vüqar Elzanın ünvanına "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”... Etmə belə başına dönüm sənin, Elza" sözlərini deyib. Seyidcahan isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq" - deyə, Vüqara cavab verib.

 

 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...