Aynur Dadaşova Niyam Salami barədə: “Qanacağı ora qədərdir”

Aynur Dadaşova Niyam Salami barədə: “Qanacağı ora qədərdir”

Müğənni Aynur Dadaşova qatıldığı teleşoulardan birində müğənni Niyam Salami ilə iş ortaqlığının bitməsi barədə danışıb.

 

Sfera.az xəbər verir ki, müğənni dostu Niyam Salamidən giley-güzar edib.

 

“Dost dediyim insan haqda pis danışa bilmərəm. Hər kəsin öz qabiliyyəti var. Niyam dostumdur, canımdır. Amma onun qabiliyyəti, qanacağı ora qədərdir. Ona nəsə tövsiyə etməyəcəyəm, az yaşı yoxdur. O, öz səviyyəsində, mən də öz səviyyəmdə danışıram”, - müğənni bildirib.


“Niyam istəmirsə, məni danışdırmasın. Özü bilər. Deyim ki, Niyamla aramızda artıq sözlər olub, xeyr! Niyam haqqımda hansısa aqressiv və xoşagəlməz sözlər deyə bilər. Əgər bir insana dost deyib, çörək kəsirsənsə, necə onun haqda pis söz deyə bilərsən? Bəs zamanında dost deyirdin? Mənə gündəm və ya qalmaqal lazım olsa, telefonumda elə səs yazıları var ki, onu ortalığa çıxarsam, hamı ondan yazar", - Aynur Dadaşova əlavə edib.

 

Qeyd edək ki, bir müddət öncə Niyam Salaminin açdığı istirahət mərkəzində solist kimi işləyən Aynur Dadaşova özü şəxsi restoran açarkən Niyamla aralarında soyuqluq yaranıb. Reklam xatirinə öncə cütlüyün evlənəcəyi bildirilsə də araları  soyuduqdan sonra Niyam Salam verdiyi açıqlamalrdan birində Aynur haqqında "qoynumda ilan bəsləmişəmmiş" ifadəsini işlədib.(lent.az)


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...