Azər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Azər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 iyul 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artaraq, 850 milyon manat səviyyəsində olmuşdur.

 

Bankın kredit portfelinin həcmi 406,8 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 42% çoxdur.

 

2023-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəlməklə 43,5 milyon manat, xərcləri 36,4 milyon manat olmuşdur.

 

Hesabat dövründə Azər Türk Bank 7 milyon manatdan çox xalis mənfəət əldə etmişdir.

 

Bankın məcmu kapitalının həcmi 34% artaraq, 71,5 milyon manat olmuşdur.

 

Cəmi bank öhdəliklərinin həcmi 43% artımla 772,6 milyon manat səviyyəsindədir.

 

Bankın depozit portfeli 73% böyüyərək, 383 milyon manat təşkil etmişdir.

 

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) 20,7% təşkil etmişdir.

 

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...