Xocalıda “Shacman” su arxına aşıb, ölən var

Cəmiyyət
16:40 / 19.07.2023
9732
Xocalı rayonunda avtomobil su arxına aşıb, ölən var.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 18-də saat 22 radələrində rayonun Baharlı kəndi ərazisində Füzuli rayon sakini S.Dərgahov idarə etdiyi “Shacman” markalı avtomobili su arxına aşırıb. Nəticədə avtomobildəki sərnişin S.Ağayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.