“Megacity”də faciəvi hadisə - 3 yaşlı uşaq öldü

“Megacity”də faciəvi hadisə - 3 yaşlı uşaq öldü

Bakıda idman kompleksində faciəli hadisə baş verib. 

 

Sfera.az-ın məlumatına görə, hadisə "MEGACITY" Fitness və Spa mərkəzində qeydə alınıb. 

 

Yasamal rayon sakini, 2019-cü il təvəlüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub.

 

Azyaşlı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.(Lent.az)


OXŞAR XƏBƏRLƏR