İllərdir yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: “Deyirlər ki, guya son nəfəsidir” - AÇIQLAMA + FOTO

İllərdir yataq xəstəsi olan meyxanaçının bacısı oğlu: “Deyirlər ki, guya son nəfəsidir” - AÇIQLAMA + FOTO

Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.

 

Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a meyxana ustadının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.

 

R.Cənnətov meyxana ustadının vəziyyətinin eyni qaldığını bildirib:

 

“Dünən saytlarda dayımın vəziyyətinin pisləşməsi ilə bağlı məlumatlar gedib. Hər kəs narahat olub. Vəziyyəti əvvəlki kimidir. Necə varsa, elədir. Həkimlər bacardıqlarını edirlər. Düzdür, ağrıları olur. Yataqda olan adamdır. Ayağa qalxmaq istəyir. Bütün günü qışqırmır. Beyni ilə əlaqəlidir. Birdə görürsən ki, danışır, söz başa salmağa çalışır, adam tanıyır. Bəzən elə olur ki, heç kəsi görmək istəmir”.

 

Bacısı oğlu dayısının dərdinə çarə tapılmadığını qeyd edib:

 

“Müalicəsi davam etdirilir. Həkim əlindən gələni edir. Diaqnozu beyin insultudur. İnsult var düzəlir, bu düzəlmir. Dərdinə çarə tapılmır. Heydər Əliyev Fondu müalicəsini üzərinə götürdü. İsrailə qədər sənədlərini göndərdilər. Lakin həkimlər əməliyyata razı olmadılar. Dedilər ki, ocaq yuxarıda olsaydı, əməliyyat mümkün idi. Aşağıda olduğu üçün çətindir”.

 

R.Cənnətov sonda Ağakərim ilə bağlı yanlış xəbərlərin yayıldığını qeyd edib:

 

“Yalan məlumatlar gedir. Deyirlər ki, guya son nəfəsidir. Düzgün deyil. Məlumatı şişirtməyə ehtiyac yoxdur. Qisməti nədirsə, o da olacaq”.

 

Sənət yoldaşı Ağamirzə Məmmədov meyxana ustadı Ağakərimin ağrılar içərisində olduğunu qeyd edib:

 

 

“Ağakərim uzanıb qalıb. Danışa, gəzə bilmir. 10 dəfə salam verirsən, birində alır, ya almır. Ağrıları olur, toxunanda qışqırır. Uzun müddətdir belədir. Allah hamıya kömək olsun. Kərim dostumuz da onların içərisində.

 

Həkimlər deyir ki, xəstəliyin çarəsi yoxdur. Belə qalsa, yaxşıdır. Neçə dəfə insult keçirib. Dövlətimiz hər zaman dəstək olub. Müalicələrin heç bir xeyri yoxdur. Heç bir irəliləyiş yoxdur. Belə qalsa, şükürdür”.

 

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...