Məşhur aktrisa od püskürdü: "Vergilər, artımlar, sabahın xeyir" - FOTOLAR

Maqazin
13:21 / 19.07.2023
9796
Gündəmlə bağlı açıqlamaları ilə yadda qalan məşhur aktrisa Nurgül Yeşilçay avronun bahalaşmasına səssiz qalmayıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, gözəl aktrisa oğlunu avroya, özünü isə liraya bənzədib.
Ötən günlərdə vergi və ödənişlərdəki artımlardan sonra etdiyi paylaşımlarla gündəm olan Yeşilçay bu dəfə avronun 30 TL-ni keçdikdən sonra paylaşım edib.
İyulun 7-də vergi və rüsumlarda artımı görən aktrisa Nurgül Yeşilçay sosial media hesabında bu təsiriylə yaşlandığı fotosunu yayımlayıb və "Vergilər, artımlar, sabahın xeyir" ifadələrini işlədib.(azxeber.com)