“Mənim bir köşküm də yoxdur” - Mülklərinin siyahısı yayılan ƏHƏD ABIYEV

“Mənim bir köşküm də yoxdur” - Mülklərinin siyahısı yayılan ƏHƏD ABIYEV

Xəbər verdiyimiz kimi, iyulun 17-si Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Abıyevin işdən çıxarılmasından bir neçə saat sonra sosial mediada ona məxsus olduğu iddia edilən çoxsaylı əmlakları barədə məlumatlar yayılıb və ünvanlar qeyd edilməklə siyahı təqdim edilib.

 

Sfera.az-ın məlumatına görə, Əhəd Abıyev isə gununsesi.info-ya müsahibəsində çoxsaylı əmlaklarının mövcud olması ilə bağlı məlumatları inkar edib. O, ümumiyyətlə hər hansı obyektinin olmadığını deyib:

 

“O siyahıda olan heç bir əmlakın mənə aidiyyəti yoxdur. Mənim bir köşküm də yoxdur. Mən 13 il Daşkəsəndə işlədim, orada bir dənə obyektim olmadı. Bunlar hamısı iftiradır”.

 

Qeyd edək ki, yayılan siyahıda dəyəri milyonlarla ölçülən Bakıda və Masallı rayonunda onlarla ev, obyekt, qeyri-yaşayış sahəsi qeyd edilmişdi.

 

Xatırladaq ki, Əhəd Abıyev 2011-2023-cü illərdə Daşkəsən RİH başçısı vəzifəsini icra edib.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...