Kapital Bank tələbələr üçün təqaüd proqramı elan etdi

Kapital Bank tələbələr üçün təqaüd proqramı elan etdi

Təhsil layihələrinin və gənclərin inkişafına böyük önəm verən Kapital Bank tələbələr üçün yeni “Birbank” təqaüd proqramı elan edir. Proqram çərçivəsində aylıq təqaüd almaqla yanaşı tələbələr, Kapital Bank-da təcrübə keçmək, təlimlərə qatılmaq şansı əldə edəcəklər.

 

Sfera.az xəbər verir ki, təqaüd proqramına qoşulmaq üçün tələbələr bu meyarlara uyğun olmalıdırlar: 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kurs keçən; iqtisadi və biznes, İT, riyazi və kompüter elmləri, sosial və humanitar sahələr üzrə təhsil alan; universitetə qəbul balı 550 və daha yuxarı olan və universitetdə təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan.

 

Seçim prosesi bir neçə mərhələdə təşkil ediləcək və onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaqdır. Bütün mərhələlərdən uğurla keçən və seçilən tələbələr “Birbank təqaüdçüsü” adını qazanacaqlar. Yuxarıdakı meyarlara uyğun olan tələbələr vaxt itirmədən, link vasitəsilə təqaüd proqramına müraciət edə bilərlər – //kbl.az/klbtp23.

 

Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...