Azərbaycan neft pullarını daha çox bu ölkələrdə saxlayır – RƏQƏMLƏR

Azərbaycan neft pullarını daha çox bu ölkələrdə saxlayır – RƏQƏMLƏR

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü ilin II rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair açıqladığı məlumatlardan görünür ki, qurum neft və qazdan əldə etdiyi gəlirin böyük hissəsini inkişaf etmiş ölkələrdə saxlayır. 


Sfera.az xəbər verir ki, birinci yarımilin yekunlarına əsasən, ARDNF-in 54 milyard 915 milyon dollar dəyərində vəsaiti var.

 

Bu qədər vəsaitin 66,5 faizi (36,5 milyard dollar) inkişaf etmiş ölkələrdə, 15 faizi (8,2 milyard dollar) inkişaf etməkdə olan ölkələrdə, 7,1 faizi (3,9 milyard dollar) beynəlxalq maliyyə təşkilatlarında, 11,5 faizi (6,3 milyard dollar) qızılda saxlanılır.     


Azərbaycan neftdən və qazdan qazandığı pulların daha çox hissəni Şimali Amerikada, əsasən də ABŞ-də saxlayır. Bu regiona ARDNF-nin cəmi vəsaitinin 20,37 milyard dolları, yəni 37,1 faizi yönəldilib. 


Avropaya 15,43 milyard dollar (28,1 faiz), Asiya-Sakit okean regionuna 8,34 milyard dollar (15,2 faiz) investisiya olunub. Digər regionlara 1 faiz vəsait qoyulub. Beynəlxalq maliyyə təşkilatlarında və qızılda saxlanılan vəsait 20 faizə yaxındır. 

 


Vasif


OXŞAR XƏBƏRLƏR