ABB-dən şagirdlər üçün Yay Riyaziyyat Düşərgəsi!

ABB-dən şagirdlər üçün Yay Riyaziyyat Düşərgəsi!

ABB-nin ABB Tech Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfdaşlıq dəstəyi ilə 8-ci sinfi bitirmiş şagirdlər üçün Qubada 5 günlük Yay Riyaziyyat Düşərgəsi təşkil edib.

 

Düşərgədə iştirak üçün müraciət etmiş 500-dən artıq şagird arasından onlayn test və müsahibə əsasında 17 şagird seçilib. 5 gün ərzində onlar müəllim və mentorların rəhbərliyi ilə riyaziyyat üzrə bilik və bacarıqlarını artırıblar. Düşərgə müddətində riyazi dərslərdən əlavə, şagirdlər müxtəlif interaktiv oyunlara cəlb olunublar.

 

Yay Riyaziyyat Düşərgəsinin sonunda şagirdlər arasında imtahan keçirilib. Onların bilik və bacarıqları dəyərləndirilib. Nəticələrə əsasən, 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri seçilərək mükafatlandırılıb.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...