Dünya rekordunu qırmaq üçün bütün həftə ağlamağa çalışan adam az qala kor olacaqdı - VİDEO

Bütün həftə ağlayaraq dünya rekordu qırmağa çalışan və Ginnesin Rekordlar kitabına düşmək istəyən Tembu Ebere adlı nigeriyalı hönkür-hönkür ağladığı video çəkib. Lakin işlər planlaşdırıldığı kimi getməyib. Onun başı ağrımağa başlayıb və hətta müvəqqəti kor olub.
Sfera.az bildirir ki, video viral olub və qısa müddətdə TikTok-da 5,3 milyondan çox baxış toplayıb.
Tembu Ebere Ginnesin Rekordlar Kitabına düşmək istəyərək dayanmadan ağlayıb. @237_towncryer ləqəbi ilə tanınan adam iki saat yeddi dəqiqə göstərən taymerin yanında hönkür-hönkür ağladığını və başını tutduğunu lentə alıb.
"Problemlərinizi mənə göndərin, sizin üçün ağlayacağam"- deyə o, abunəçilərinə səslənib.
Hebere hönkür-hönkür ağladığını və başını iki saat yeddi dəqiqə göstərən taymerin yanında tutduğunu lentə alıb. Onun cəhdi 5,3 milyondan çox baxış toplayıb. Pərəstişkarları onun səylərini alqışlayıblar, lakin tezliklə işlər daha da pisləşib. Baş ağrısından əziyyət çəkməyə başlayan Heberenin gözləri şişib. BBC-nin məlumatına görə, o, hətta 45 dəqiqə müvəqqəti olaraq kor olub.
"Mən yenidən nizamlanmalı və ağlamamı azaltmalı oldum"- deyə Tembu yazıb.
Onun müvəqqəti olaraq necə kor olduğu hələ dəqiq müəyyən edilməyib, lakin bu baş ağrısı və göz daxilində təzyiqin artması səbəbindən yarana bilər.
Bütün səylərinə baxmayaraq, Hebere rəsmi olaraq Ginnesin Rekordlar Kitabına müraciət etmədiyi, üçün sosial şəbəkədə yayımlasa da, onun cəhdi tanınmayacaq.
Ginnesin Rekordlar Kitabının sözçüsü: “Məyus olmamaq üçün etmək istədiyiniz şeyin etibarlı rekord olduğuna və qaydaları başa düşdüyünüzə əmin olmaq vacibdir”-deyə bildirib.
Aysel
Sfera.az