Macarıstanın xarici işlər naziri bu səfirlərə müraciət etdi

Macarıstanın xarici işlər naziri bu səfirlərə müraciət etdi

Macarıstanın xarici işlər naziri on bəndlik bəyanatla Macarıstanın uşaqların müdafiəsi qanununa etiraz edən səfirlərə müraciət edib.
 

Sfera.az həmin bəyanatı təqdim edir.

1. Təzyiq və hücumlara məruz qalsaq belə, macar uşaqları LGBT təbliğatından qorunacaq!
 

2. Fransa səfirinə sualım: Miqrant iğtişaşları zamanı yandırılan 12 min avtomobil hələ də yanırmı?
 

3 İsveç Səfirinə Sual: Bu həftə İsveçdə qrup döyüşündə neçə yeniyetmə uşaq güllələnib?
 

4. Hollandiya səfirinə sual: Hollandiya hələ də narkotik dövlətidirmi? (Hollandiya polis birliyinin prezidenti ölkəsini belə adlandırıb).
 

5. Slovakiya səfirinə sual: Ölkənizdə hökumət böhranının olmadığı bir günü xatırlaya bilərsinizmi?
 

6. Almaniya səfirinə sual: Seçki qanunvericiliyində dəyişiklikləri nəzərə alaraq, Almaniya demokratiyasının vəziyyəti sizi narahat etmirmi?
 

7. ABŞ səfirinə sual: Doğrudanmı sizcə, Amerikanın aparıcı demokratiyası gələn il demokratik əsaslarla ədalətli seçkilər keçirə biləcəkmi? Çünki keçən dəfəki seçkidəki kimi edilənlərə bütün dünya güldü, ağladı.
 

8. Mən bütün imzalayan ölkələrin səfirləri ilə davam edə bilərdim.
 

9. Səfirlərə bildirmək istərdim ki, onlar burada qubernator deyillər, Macarıstan da müstəmləkə deyil.
 

10. Ölkələrindəki ciddi demokratik problemlərə baxmayaraq, yuxarıda qeyd etdiyim kimi, başqa ölkənin daxili işlərinə qarışmalarına heyranam.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR