Aisel vəfat edən atasından yazdı - FOTO

Aisel vəfat edən atasından yazdı - FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aisel (Aysel Məmmədova) bir neçə gün əvvəl vəfat edən atası Firudin Quliyevlə bağlı paylaşım edib.

 

Sfera.az  xəbər verir ki, valideyninin fotosunu sosial şəbəkə izləyiciləri ilə bölüşən sənətçi bunları yazıb:

 

"Bu boşluğu heç nə ilə doldurmaq mümkün olmayacaq... Tükənməz sevgin, bütün fədakarlıqların və yaşadığımız xoş günlər üçün sənə sonsuz minnətdaram...".

 

Qeyd edək ki, Firudin Quliyev Azərbaycan Milli Konservatoriyasının Konsert-Yaradıcılıq və Kütləvi Tədbirlər Departamentinin rəhbəri idi.

 


OXŞAR XƏBƏRLƏR